Dünya Futbolu

Rəsmi olaraq açıqlandı! “Trabzonspor”dan “Hull City”yə getdi

Bakı, 2 avqust ,  Tsport.az

“Trabzonspor”, Enis Destanın “Hull City”yə transfer olunduğunu rəsmən açıqlayıb.

Tsport.az xəbər verir ki, Bordo-mavililər tərəfindən yayımlanan açıqlamada aşağıdakı ifadələrə yer verilib:

“Peşəkar futbolçumuz Enis Destanın ‘Hull City’ klubuna qəti transferi ilə bağlı razılıq əldə olunmuşdur.”

Açıqlamada həmçinin bildirilib ki, futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 50%-i “Trabzonspor”a məxsus olacaq.

Aytac Mustafayeva