Digər

Rafael Fiziev “Qarabağ”ın stadionunda

Bakı, 16 iyun , Tsport.az 

Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev, “Qarabağ” futbol klubunun bazasına baş çəkib.

Tsport.az xəbər verir ki, Fiziev baş məşqçi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadə ilə görüşüb. Qurbanov idmançını stadionla tanış edib və ona “Qarabağ”ın 11 nömrəli formasını hədiyyə edib. Fiziev isə UFC-nin rəsmi əlcəklərini baş məşqçiyə təqdim edib.

Görüş zamanı Fiziev və Mustafazadə məşhur “tirə zərbə” oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziev futbolçuya bir neçə zərbə texnikasını nümayiş etdirib.

Qeyd edək ki, UFC-nin rəsmi Instagram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.