Rafael Leao “Bayern Münich”in hədəfində
Bakı, 3 iyun, Tsport.az
“Milan”ın hücumçusu Rafael Leão digər böyük klubun diqqət mərkəzindədir.
Tsport.az xəbər verir ki, Almaniyanın güclü komandası “Bayern Munich” portuqaliyalı oyunçu ilə transfer danışıqlarına yaxın vaxtlarda start verməyi planlaşdırır.
25 yaşlı futbolçunun “Milan”la mövcud müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir, lakin Bayern-in marağı onun gələcəyi barədə suallar yaradır.