Raphinha Cristiano Ronaldonun rekordunu təkrarlayıb
Bakı, 7 may, Tsport.az
Barcelonanun braziliyalı hücumçusu Raphinha, UEFA Çempionlar Liqasındakı möhtəşəm performansı ilə Cristiano Ronaldonun bir mövsümdə vurduğu qol və məhsuldar ötürmə sayını təkrarlayıb.
Tsport.az xəbər verir ki, Raphinha, “Inter” ilə keçirilən cavab oyununda qol vurmaqla bu böyük nailiyyətə imza atıb. Beləliklə, 28 yaşlı forvardın mövsüm ərzində Çempionlar Liqasında vurduğu 13 qol və verdiyi 8 məhsuldar ötürmə, Ronaldo ilə eyni səviyyəyə çatıb.
Raphinha cari mövsümdə “Barcelona” ilə ümumilikdə 53 matçda 32 qol və 25 məhsuldar ötürmə əldə edərək, karyerasının ən yaxşı mövsümünü keçirib. Bu göstərilənlər onun həm hücumda, həm də müdafiədəki töhfələrini göstərir.
Raphinha, “Barcelona”nın hücum xətindəki ən etibarlı oyunçulardan birinə çevrilib. Onun performansı, komandanın Avropa yarışlarında böyük uğurlar əldə etməsinə imkan yaradır.