Raphinha, UEFA Çempionlar Liqasında “Barcelona” tarixində ilkə imza atıb
Bakı, 1 may, Tsport.az
“Barcelona”nın braziliyalı vingeri Raphinha, UEFA Çempionlar Liqasında klub tarixində unikal bir göstəriciyə imza atıb.
Tsport.az xəbər verir ki, 27 yaşlı futbolçu Çempionlar Liqasının bir mövsümündə 20 qol epizodunda iştirak edən ilk “Barcelona” oyunçusu olub. O, həmçinin bu nailiyyətə çatan klub tarixindəki ilk braziliyalı futbolçu kimi də adını tarixə yazdırıb.
Cari mövsümdə Raphinha bütün turnirlər üzrə 40 matçda forma geyinərək 10 qol vurub və 10 məhsuldar ötürmə edib.