Raúl González “Real Madrid”dən ayrıldı
Bakı, 27 may, Tsport.az
“Real Madrid”-in əfsanəvi futbolçusu və son illərdə klubun Castilla (gənclər) komandasına rəhbərlik edən Raúl González, “kral klubu” ilə yollarını ayırıb.
Tsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis özü bu qərarı verərək, yeni mövsümdən etibarən başqa bir yolda irəliləmək niyyətindədir.
Raúl-un növbəti mərhələdə hansı klubda çalışacağı hələlik məlum deyil. Lakin onun adının həm İspaniya daxilində, həm də xaricdəki müxtəlif komandalarla hallandığı bildirilir.
Qeyd edək ki, Raúl 1994–2010-cu illər arasında “Real Madrid”-in əsas heyətində çıxış edib və klub tarixinin simvollarından birinə çevrilib. O, həmçinin İspaniya millisində 102 oyun keçirərək 44 qol vurub.
Oyunçu və məşqçi kimi böyük nüfuz qazanan Raúlun gələcək planları futbol ictimaiyyətində maraqla izlənilir.