Rayan Cherki “Lyon”a vida etdi
Bakı, 18 may, Tsport.az
Fransanın Olympique Lyonnais (Lyon) klubunun istedadlı futbolçusu Rayan Cherki yayda komandadan ayrılacağını təsdiqləyib.
Tsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Angers”ə qarşı son tur matçının ardından ayrılığı rəsmi şəkildə dilə gətirib:
“Lyon” üçün etdiklərimlə fəxr edirəm. Bu klubda böyümək mənim üçün şərəf oldu. Harada oynayacağımı hələ bilmirəm, amma “Anje” ilə görüş sonuncu idi.”
Qeyd edək ki, Rayan Cherki “Lyon” akademiyasının yetirməsidir və 2019-cu ildən əsas komandanın formasını geyinir. Onun karyerasını hansı klubda davam etdirəcəyi yaxın vaxtlarda bəlli olacaq.