Dünya Futbolu

“Rayo Vallecano“nun məşqi oğurluq səbəbindən təxirə düşüb

Bakı, 5 may, Tsport.az

İspaniya təmsilçisi “Rayo Valyekano”nun bu günə planlaşdırılan məşqi oğurluq səbəbindən təxirə salınıb.

Tsport.az “Unión Rayo” nəşrinə istinadən xəbər verir ki, futbolçular məşqdən öncə paltardəyişmə otağına daxil olublar və orada 1 saat vaxt keçiriblər.

Məlum olub ki, bu müddət ərzində klubun idman direktoru və futbolçular arasında iclas baş verib.

Səbəb isə bazada oğurluq hadisəsinin olması olub. Oğurluq zamanı bəzi futbolçuların butsları və digər avadanlıqları yoxa çıxıb. Hadisənin üzərindən 3 saat keçsə də, hadisə yerinə polis gəlməyib. Ardınca futbolçular yavaş-yavaş bazanı tərk etmək məcburiyyətində qalıblar.

Daha sonra kollektivin məşq ləvazimatları bərpa olunub.