Razılıq əldə olunarsa,Premyer Liqada çıxış edən nadir futbolçulardan biri olacaq
Bakı, 14 may, Tsport.az
“Brighton” klubu təcrübəli yarımmüdafiəçi James Milnerlə yolları davam etdirmək niyyətindədir.
Tsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 39 yaşlı ingilis futbolçu ilə mövsümsonrası yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. Klub rəhbərliyi onun təcrübəsindən həm meydanda, həm də paltardəyişmə otağında faydalanmaqda maraqlıdır.
Milner bu mövsüm yalnız 3 matçda iştirak edib və qol və ya assistlə yadda qalmayıb. O, əsasən zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb.
Əgər razılıq əldə olunarsa, Milner 40 yaşına yaxın Premyer Liqada çıxış edən nadir futbolçulardan biri olacaq.