Dünya Futbolu

“Real” “Benfica” klubu ilə razılaşıb

Bakı, 20 may, Tsport.az

“Real” Alvaro Karrera ilə razılaşıb.

Tsport.az xəbər verir ki, “Real Madrid” 22 yaşlı ispan sol cinah müdafiəçisi Alvaro Carrera ilə prinsipial razılıq əldə edib. Karrera özü də Madrid klubuna keçmək istəyir və bu, onun karyerasında mühüm addım olacaq.

Oyunçunun sərbəstqalma bəndi 50 milyon avro təşkil edir. Hal-hazırda “Real” “Benfica” ilə danışıqları davam etdirir, lakin Madrid təmsilçisi transfer qiymətinin aşağı salınmasını istəyir. Bu transferin yaxın günlərdə başa çatması gözlənilir.