-->
Dünya Futbolu

“Real” futbolçularına milyonluq bonuslar ödəyib

Bakı, 30 mart, Tsport.az

“Real Madrid”in prezidenti Florentino Peres ötən mövsüm komanda oyunçularına ümumilikdə 40 milyon avro bonus verib.

Tsport.az xəbər verir ki, “Kral klubu”nun futbolçuları Çempionlar Liqasının finalında qalib gəldiklərinə görə 900 min avro mükafat alıblar. Xatırladaq ki, həmin oyunda Madrid təmsilçisi Dortmund “Borussia”sını 2:0 hesabı ilə məğlub etmişdi.

Klub rəhbərliyi cari mövsümdə də uğur qazanan futbolçulara yüksək məbləğdə bonus ödəməyi planlaşdırır. Xüsusilə, komanda yayda keçiriləcək Klublararası Dünya Çempionatının qalibi olarsa, hər oyunçuya 650 min avro mükafat veriləcək.