“Real” gənc istedad Kees Smitlə maraqlanır
Bakı, 4 sentyabr, Tsport.az
Real-ın baş məşqçisi Xabi Alonso klubun baş skautu Juni Calafatı Niderlanda göndərib.
Tsport.az xəbər verir ki, məqsəd AZ heyətində çıxış edən 19 yaşlı yarımmüdafiəçi Kees Smiti yaxından izləməkdir. Futbolçunun növbəti transfer dönəmində Madrid təmsilçisinə keçid ehtimalı var.
Alonso gənc oyunçunun çıxışını bəyəndiyi üçün klub rəhbərliyinə onunla maraqlanmağı tövsiyə edib.
Qeyd edək ki, Kees Smit 2024/2025 mövsümündə AZ forması ilə 43 oyunda meydana çıxıb, 10 qol və 7 asistlə yadda qalıb. Onun Alkmaar klubu ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.