“Real Madrid” Álvaro Carreras üçün hərəkatda
Bakı, 2 may, Tsport.az
“Real Madrid” yay transfer dönəmində “Benfica”nın sol cinah müdafiəçisi Álvaro Carrerası heyətinə qatmaq niyyətindədir.
Tsport.az xəbər verir ki, Madrid klubu 22 yaşlı ispaniyalı oyunçu ilə maraqlansa da, onun üçün 60 milyon avro ödəməyə hazır deyil.
Bu səbəbdən “Real”, Carrerası “Benfica”ya satmış olan “Manchester United” klubunu da transfer prosesinə daxil etməyi planlaşdırır. İngiltərə təmsilçisi müqavilədəki xüsusi bəndə əsasən futbolçunu 18 milyon avroya geri alma hüququna sahibdir. Madrid klubu bu maddənin işə salınmasından sonra Carrerası 30–35 milyon avroya transfer etməyi düşünür.
Gənc müdafiəçi bu mövsüm “Benfica”nın heyətində 47 oyunda iştirak edib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.