Dünya Futbolu

“Real Madrid” Arsenal qarşısına yarım heyətlə çıxır

Bakı, 7 aprel, Tsport.az

“Real Madrid” Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə nəhəngi “Arsenal”la qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

Tsport.az xəbər verir ki, klubun heyətindəki problemlər baş məşqçi Carlo Ancelottini çətin qərarlar verməyə məcbur edəcək.

İspaniya nəhənginin heyətində altı əsas futbolçunun oyunda iştirak etməyəcəyi artıq dəqiqləşib. Qapıçı Andrey Lunin, müdafiəçilər Dani Karvahal, Ferlan Mendi, Eder Militao, yarımmüdafiəçilər Dani Sebalyos və cəzalı olan Orelyen Çuameni sabahkı matçda komandalarına kömək edə bilməyəcək.

Böyük maraqla gözlənilən “Arsenal” – “Real Madrid” qarşılaşması aprelin 8-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçda Madrid təmsilçisinin zəifləmiş heyətlə necə performans göstərəcəyi azarkeşlər arasında maraq doğurur.