Dünya Futbolu

“Real Madrid” bu futbolçu ilə razılığa gəlib

Bakı, 11 iyul, Tsport.az

İspaniya nəhəngi “Real Madrid”, müdafiə xəttini gücləndirmək məqsədilə “Benfica” klubunun futbolçusu Álvaro Fernández Carreras ilə razılığa gəlib.

Tsport.az xəbər verir ki, məlumatı tanınmış transfer insayderi Fabrizio Romano öz sosial media hesabında paylaşıb.

Madrid təmsilçisi bu transfer üçün 50 milyon avro ödəyəcək. Bildirilir ki, bu məbləğ hissə-hissə ödənəcək.

21 yaşlı sol cinah müdafiəçisi 2024/25 mövsümündə Primeira Liga çərçivəsində 32 oyunda forma geyinib və bu qarşılaşmalarda 3 dəfə qol sevinci yaşayıb.