“Real Madrid” bu futbolçularla qısamüddətli müqavilə imzalayacaq
Bakı, 2 may, Tsport.az
“Real Madrid”, heyətindəki təcrübəli oyunçularla bağlı qısa müddətli plan qurur. Klub, Luka Modrić ilə Klublararası Dünya Çempionatına görə iki həftəlik yeni müqavilə imzalamağı nəzərdə tutur.
Tsport.az xəbər verir ki, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçinin klubla olan mövcud müqaviləsi bu ilin iyununda başa çatacaq. FIFA-nın verdiyi tövsiyəyə əsasən, “Real” eyni qaydada digər təcrübəli futbolçu Lucas Vázquez ilə də qısamüddətli yeni razılaşma əldə etməyə çalışır.
Turnirdən sonra hər iki oyunçunun Madrid təmsilçisindəki gələcəyi ilə bağlı yekun qərar veriləcək.