Dünya Futbolu

“Real Madrid” Enzo Fernandez üçün 120 milyon avro ödəməyə hazırdır?

Bakı, 21 may, Tsport.az

İspaniyanın nəhəng klubu “Real Madrid”, “Chelsea”nin ulduz yarımmüdafiəçisi Enzo Fernándezi heyətinə qatmağa yaxındır.

Tsport.az xəbər verir ki, artıq “kral klubu” argentinalı futbolçu ilə şəxsi razılıq əldə edib. Hazırda “Real Madrid” və “Chelsea” klubları arasında rəsmi danışıqlar davam edir.

London təmsilçisi 24 yaşlı futbolçunun satışından 120 milyon avro gəlir əldə etməyi planlaşdırır. Enzonun “Chelsea” ilə müqaviləsi 2032-ci ilə qədər qüvvədədir.

Fernández bu mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Transferin yay dönəmində rəsmiləşəcəyi gözlənilir.