“Real Madrid” futbolçusu ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı
Bakı, 22 may, Tsport.az
“Real Madrid” braziliyalı hücumçusu Vinícius Júnior ilə müqavilə müddətini uzadıb.
Tsport.az xəbər verir ki, 24 yaşlı futbolçu yeni müqaviləsi ilə 2030-cu ilə qədər Madrid klubunun formasını geyinəcək.
Yeni sözləşmə çərçivəsində Vinícius Júniorun illik maaşı 15 milyon avrodan yuxarıdır.
Futbolçunun əvvəlki müqaviləsi 2027-ci ildə bitirdi.