Dünya Futbolu

“Real Madrid” futbolçusu ilə razılığa gəlib

Bakı, 4 mart, Tsport.az

İspaniya nəhəngi “Real Madrid” braziliyalı ulduz hücumçusu Vinicius Juniorla müqavilə müddətini uzatmağa hazırlaşır.

Tsport.az xəbər verir ki, bu haqqda “Diario AS” nəşri məlumat yayıb.

Məlumata əsasən, tərəflər yeni şərtlər üzərində razılığa gəlib və rəsmi imza yayda atılacaq. Hazırda 24 yaşlı futbolçunun müqaviləsi 2027-ci ildə başa çatır.

Qeyd edək ki, Vinicius 2018-ci ildən “Real Madrid” forması geyinir. O, cari mövsümdə 35 oyuna çıxaraq 17 dəfə rəqib qapılarına yol tapıb.