”Real Madrid” heyətini gücləndirmək istəyir
Bakı, 29 mart, Tsport.az
“Real Madrid” müdafiə xəttini gücləndirmək üçün yeni oyunçu axtarışlarını davam etdirir.
Tsport.az xəbər verir ki, Madrid klubu “Bournemouth”un 19 yaşlı mərkəz müdafiəçisi Din Heyseni heyətinə qatmaq niyyətindədir. “Kral klubu” gənc futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğdə təzminat ödəməyi planlaşdırır.
Qeyd edək ki, “Bournemouth” Din Heyseni mövsümün əvvəlində “Juventus”dan transfer edib.