“Real Madrid” iki müdafiəçisini eyni gündə əməliyyat etdirir
Bakı, 30 aprel, Tsport.az
“Real Madrid”in müdafiəçiləri David Alaba və Ferland Mendy bu gün əməliyyat olunacaq.
Tsport.az xəbər verir ki, klubun tibbi heyətinin məlumatına əsasən, Alabada sol dizin daxili menisk qopması, Mendydə isə sağ budun ön əzələsində vətər yırtığı aşkarlanıb. Hər iki futbolçu üçün bərpa prosesi uzun müddət tələb edəcək.
Zədələrin xarakterinə görə, həm Avstriyalı, həm də Fransalı müdafiəçi yaxın vaxtlarda yaşıl meydanlara qayıda bilməyəcək.