Dünya Futbolu

“Real Madrid” in futbolçusu əfsanəvi futbolçunu geridə qoyub

Bakı, 13 mart, Tsport.az

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Luka Modrić, “Real”ın heyətində 132-ci oyununu keçirib.

Tsport.az xəbər verir ki, Modric UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalında “Atletico”ya qarşı keçirilən cavab matçında Madrid təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ilk “üçlüy”ə daxil olub.

Bu matçla 39 yaşlı xorvatiyalı oyunçu klubun əfsanəvi sabiq hücumçusu Raul Qonsalesi (132 oyun) geridə qoyub. İndiyə qədər ən çox oyun keçirənlər siyahısında birinci pillədə 152 oyunla Iker Casillas , ikinci sırada isə 133 oyunla Karim Benzema yer alır.

Qeyd edək ki, “Real” ÇL-in 1/8 final mərhələsinin “Atletico” ilə keçirilən cavab matçında penaltilər seriyasına (4:2) qalib gələrək 1/4 finala yüksəlib. L.Modric matçın 65-ci dəqiqəsində əvəzlənib və komandası növbəti mərhələyə keçməyi bacarıb. “Real” 1/4 finalda İngiltərənin “Arsenal” komandası ilə qarşılaşacaq.