“Real Madrid” qapıda əvəzedici ilə oynayacaq
Bakı, 14 may, Tsport.az
“Real Madrid” klubunun ukraynalı qapıçısı Andriy Lunin məşq zamanı zədələnib və qarşıdakı La Liga matçını buraxacaq.
Tsport.az xəbər verir ki, 25 yaşlı qolkiper, La Liqanın 36-cı turunda “Mallorca”ya qarşı keçiriləcək oyunun iştirak ərizəsinə salınmayıb. Onun əvəzinə gənc qapıçı Fran González matç üçün əsas komandaya çağırılıb.
Lunin bu mövsüm “Los Blancos”un heyətində 12 oyunda meydana çıxıb və etibarlı performans nümayiş etdirib. Onun nə qədər müddətə sıradan çıxdığı hələlik açıqlanmayıb.