Dünya Futbolu

Real Madrid Rodrigo Mendozanın transferi üçün hərəkətə keçdi

Bakı, 9 oktyabr, Tsport.az

“Real Madrid” “Elche” klubunun gənc futbolçusu Rodrigo Mendozanı transfer etmək niyyətindədir.

Tsport.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Xabi Alonso 20 yaşlı ispaniyalı yarımmüdafiəçini komandasında görmək istəyir.

“Transfermarkt” portalının məlumatına görə, Mendozanın bazar dəyəri 9 milyon avrodur.