Dünya Futbolu

“Real Madrid” Rodrygonu 100 milyon avroya satışa çıxarır

Bakı, 4 may, Tsport.az

İspaniyanın Real Madrid klubu yay transfer dönəmində hücumçusu Rodrygo Goesu satmaq niyyətindədir.

Tsport.az xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı braziliyalı üçün 100 milyon avro qiymət müəyyənləşdirib. Onunla maraqlanan klublar arasında İngiltərənin iki nəhəngi – “Arsenal” və “Manchester City” yer alır.

Rodriqo bu mövsüm Realın heyətində 50 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.