“Real Madrid” səfərdə məğlub oldu
Bakı, 1 mart, Tsport.az
İspaniya La Liqasının XXVI turunda “Real Madrid” səfərdə “Real Betis”-lə qarşılaşıb.
Tsport.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Betis”-in qollarını Conni Cardozo və İsco vurub, Madrid təmsilçisinin yeganə qoluna isə Brahim Diaz imza atıb.
Bu nəticədən sonra “Real Madrid” 54 xalla turnir cədvəlində 2-ci pillədə, “Betis” isə 38 xalla 6-cı sırada qərarlaşıb.