“Real Madrid” seçim qarşısında: Arda Güler yoxsa Carlo Ancelotti?
Bakı, 12 aprel, Tsport.az
Türkiye milli komandasının yarımmüdafiəçisi Arda Güler, mövsümün sonunda “Real Madrid” klubunu tərk edə bilər.
Tsport.az xəbər verir ki, əgər baş məşqçi Carlo Ancelotti komandada qalarsa, 20 yaşlı futbolçu paytaxt təmsilçisi ilə yollarını ayırmaq fikrindədir.
Mənbənin məlumatına görə, Arda Güler bu qərarını artıq klub prezidenti Florentino Pérezə də çatdırıb.
Qeyd edək ki, gənc oyunçu bu mövsüm əsas heyətdə sabit yer tuta bilməyib. O, “Real Madrid” formasında 33 oyuna çıxaraq 3 qol vurub, 7 asistlə yadda qalıb.