Dünya Futbolu

“Real Madrid”, William Saliba üçün hərəkətə keçdi

Bakı, 29 aprel, Tsport.az

“Real Madrid”, “Arsenal”ın müdafiəçisi William Salibanın transferini gündəminə alıb.

Tsport.az xəbər verir ki, klub prezidenti Florentino Pérez, 24 yaşlı fransız futbolçunu yay transfer dönəmində komandaya cəlb etmək niyyətindədir. Saliba 2019-cu ildən “Arsenal”ın formasını geyinir və bu mövsüm bütün yarışlarda 46 oyuna çıxaraq 2 dəfə fərqlənib.

Futbolçunun “Arsenal” ilə olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt isə onun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.