Dünya Futbolu

“Real Madrid” yay transfer pəncərəsində iki güclü transfer hədəfləyir

Bakı, 13 may, Tsport.az

“Real Madrid” yay transfer dönəmində heyətini gücləndirməyi planlaşdırır.

Tsport.az xəbər verir ki, Madrid klubu iki yeni futbolçu, xüsusilə müdafiəçi transferinə prioritet verir. Klub rəhbərliyi artıq mövcud seçimlər üzərində işə başlayıb və potensial namizədlərlə bağlı danışıqlara start verilməsi gözlənilir.

Transfer strategiyası baş məşqçi Carlo Ancelottinin rəhbərliyi altında qurulur. İtaliyalı mütəxəssis heyətin bəzi mövqelərində dərinliyi artırmağın vacibliyini rəhbərliklə bölüşüb.

Qeyd edək ki, “Los Blancos” hazırda La Liga turnir cədvəlində 75 xalla ikinci pillədə qərarlaşıb və çempionluq uğrunda mübarizəni davam etdirir.