“Real Madrid” yayda Rodrygo ilə yollarını ayıra bilər
Bakı, 29 aprel, Tsport.az
“Real Madrid”, yay transfer dönəmində braziliyalı hücumçu Rodrygo Goes ilə yollarını ayıra bilər.
Tsport.az xəbər verir ki, Madrid klubu 24 yaşlı futbolçunun satışına yalnız sərfəli təklif daxil olduğu halda razılıq verəcək. Klub daxilində Rodrygonun gözləntiləri tam qarşılamadığı bildirilir.
2019-cu ildən “Real Madrid”in heyətində çıxış edən Rodrygo, indiyə qədər 267 oyunda forma geyinib, 68 qol vurub və 50 məhsuldar ötürmə ilə yadda qalıb.