“Real Madrid” yeni dövrə hazırlaşır
Bakı, 9 may, Tsport.az
Madrid nəhəngi “Real Madrid”, baş məşqçi postunda dəyişiklik qərarı verib.
Tsport.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşrinin yaydığı məlumata əsasən, klub rəhbərliyi Xabi Alonso ilə 3 illik müqavilə imzalayıb.
“Kral klubu” uzun müddətdir “Bayer Leverkusen”-də uğurlu işləri ilə adından söz etdirən Alonsonu yaxından izləyirdi. Sonda danışıqlar nəticə verib və tərəflər tam razılıq əldə edib.
Beləliklə, Carlo Ancelottinin dövrü bu yay başa çatacaq və “Los Blancos”un sükanı arxasına klubun sabiq oyunçusu keçəcək. Alonso həm futbolçu, həm də məşqçi kimi modern və taktiki baxımdan çevik yanaşması ilə tanınır.