“Real Madrid”də Xabi Alonso, Arda Güler üçün “Bəlkə də səhv etdim, səni oyundan çıxarmamalıydım.”
Bakı,29 sentyabr , Tsport.az
“Real Madrid”in baş məşqçisi Xabi Alonsonun Arda Güler ilə bağlı peşman olduğu üzə çıxıb.
Tsport.az xəbər verir ki, “Real Madrid”in “Atletico Madrid”ə 5:2 hesabı ilə uduzduğu oyunda 1 qol, 1 assistlə parlayan Arda Gülerin oyundan çıxarılması, baş məşqçi Xabi Alonsonu tənqid hədəfinə çevirib.
Matça əsas heyətdə başlayan Arda, komandasını 1:0 geridə olduğu anda, 1 qol və 1 assistlə 2:1 öndə vəziyyətə gətirmişdi. Lakin futbolçu penaltiyə səbəb olduqdan sonra, 59-cu dəqiqədə meydandan alınması böyük müzakirələrə yol açdı. Bu qərarından peşmanlıq duyan ispan çalışdırıcı, Arda ilə xüsusi görüş keçirdi.
Alonso: “Səhv etdim”
İspaniyanın “Defensa Central” nəşrində “Xabi Alonso, matç sonrası Arda Gülerdən üzr istədi” başlığı ilə yayımlanan xəbərə görə, uğurlu çalışdırıcı ulduz futbolçuya bunları deyib:
“Bəlkə də səhv etdim, səni oyundan çıxarmamalıydım.”
Xəbərdə həmçinin qeyd olunub ki, Alonso türk futbolçunu əksər oyunlarda əsas heyətdə oynatmağa davam etməyi planlaşdırır. Bununla yanaşı, Arda Gülerin gələcəyini köklü şəkildə dəyişdirə biləcək bir iddia da ortaya atılıb.
“Arsenal” da Ardanı istəyirdi
Məlumata görə, ötən yay transfer dönəmində Arda Güler “Real Madrid”dən ayrılmağa isti baxırdı. Onun gedəcəyi klub isə Premyer Liqanın güclü komandalarından “Arsenal” idi.
Lakin transfer baş tutmadı. “Bayer Leverkusen” dönəmində də Arda Gülerə böyük simpatiya bəsləyən Xabi Alonso, “Real Madrid”in başına keçdikdən sonra futbolçunun komandada qalması üçün böyük səy göstərib. Bu inandırma prosesi nəticəsində Arda komandada qalmağa razılaşıb.
Aytac Mustafayeva