“Real Madrid”dən “Benfica”ya
Bakı, 13 iyul , Tsport.az
“Benfica” heyətini yeni oyunçu ilə gücləndirib. Klub, “Real Madrid”dən Rafael Obradoru transfer edib.
Tsport.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bu barədə Portuqaliya klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Qeyd edək ki, Rafael Obrador ötən mövsüm icarə əsasında “RC Deportivo”da çıxış edib.