”Real Madrid”də Ancelotti dövrü bitir
Bakı, 24 aprel, Tsport.az
İspaniyanın nəhəng klubu “Real Madrid” yay aylarında baş məşqçi dəyişikliyinə gedə bilər.
Tsport.az xəbər verir ki, cari mövsüm gözlənilən nəticələri verməyəcəyi təqdirdə, klub Carlo Ancelotti ilə yollarını ayıra bilər. Əgər “kral klubu” mövsümü uğursuz başa vurarsa, İspaniya nəhəngi Xabi Alonso ilə danışıqlara başlamağı planlaşdırır.
Hazırda “Bayer 04 Leverkusen” klubunu çalışdıran Alonso, bu mövsüm göstərdiyi performansla Avropa futbolunda diqqət mərkəzinə düşüb.
“Real Madrid” La Liqada 33 turun ardından lider “Barcelona”nın 4 xal gerisində, 2-ci pillədə qərarlaşıb. Komanda şənbə günü İspaniya Kral Kubokunun finalında məhz “Barcelona” ilə həlledici qarşılaşmaya çıxacaq.