Dünya Futbolu

“Real Madrid”də Arda Güler Kylian Mbappé krizi! 

Bakı, 26 iyul , Tsport.az

“Real Madrid”də Arda Güler ilə Kylian Mbappé arasında 10 nömrə forması krizi yaşanıb. Arda bu məsələ ilə bağlı açıqlama verib.

Tsport.az xəbər verir ki, “Real Madrid” əfsanəsi Luka Modric’ FIFA Klublararası Dünya Kubokundan sonra komandadan ayrıldı. Ulduz futbolçu “AC Milan”la müqavilə imzalayaraq “Los Blancos”un 10 nömrəli formasını boş qoydu.

Luka Modric’ son oyunun ardından avtobusdan düşərkən 10 nömrəli formasını Arda Gülerə təhvil vermişdi. Bu anlarda xorvat ulduzun duyğulu anlar yaşadığı görülmüşdü.

Bu arada “Real Madrid”in 10 nömrəli forma ilə bağlı qərarı bəlli olub. Klubun bu formanı Arda Gülerə yox, Kylian Mbappéyə verəcəyi ortaya çıxıb.

Kylian Mbappénin Instagram hesabına türklərdən hücum

Bu qərarın yayılmasından sonra Arda Güler azarkeşləri hərəkətə keçib. Türk futbolsevərlər Kylian Mbappénin Instagram hesabını şərh yağışına tutublar. Onlar Mbappénin 10 nömrəli formanı Arda Gülerə verməsini istəyiblər.

İspaniya mətbuatının – Defensa Centralın xəbərinə görə, Arda Güler “Real Madrid”in 10 nömrəli formanı Kylian Mbappéyə verməsinə nə əsəbiləşib, nə də məyus olub.

Ardanın bu mövzu ilə bağlı belə dediyi bildirilir:

“Bu barədə narahat deyiləm, sadəcə oynamaq istəyirəm. Bu cür məsələlərə klub qərar verir.”

Xəbərin davamında qeyd olunur ki, türk ulduz Xabi Alonso ilə birlikdə vacib rol oynayacaq və bu vəziyyətdən çox daha çox zövq alacaq.

Aytac Mustafayeva