“Real Madrid”in futbolçusu barəsində cinayət işi açılıb
Bakı, 15 may, Tsport.az
İspaniyanın hüquq-mühafizə orqanları “Real Madrid” klubunun futbolçusu Raúl Asensio və onun sabiq komanda yoldaşları Andrés García və Juan Rodríguez barəsində cinayət işi açıb.
Tsport.az xarici mənbəyə istinadən xəbər verir ki, oyunçular yetkinlik yaşına çatmayan bir qızın razılığı olmadan intim görüntülərini çəkmək və yaymaqda ittiham edilirlər. Hadisənin 2023-cü ildə baş verdiyi bildirilir. İddialara görə, görüntülərin çəkildiyi və sonradan yayıldığı iddia edilən şəxs 16 yaşlı bir qızdır. Bu barədə qızın anası hüquq-mühafizə orqanlarına məlumat verib.
Hazırda istintaq davam edir və adıçəkilən futbolçuların hüquqi məsuliyyətə cəlb olunub-olunmayacağı məhkəmə prosesinin yekununda müəyyən ediləcək.
Qeyd edək ki, 22 yaşlı Raúl Asensio 2024-cü ildə “Real Madrid”in əsas komandasında debüt edib və cari mövsümdə bütün turnirlərdə 51 oyunda meydana çıxıb.