“Real Madrid”in kapitanları rəsmiləşdi
Bakı, 20 iyul , Tsport.az
İspaniya təmsilçisi “Real Madrid” yeni mövsüm üçün kapitanlar siyahısını açıqlayıb. “AS” nəşrinin məlumatına görə, siyahıya bu dəfə hücumçu Vinicius Júnior da daxil olub.
Tsport.az xəbər verir ki, klubda kapitanlıq ənənəvi qayda ilə — oyunçunun komandada keçirdiyi müddətə əsasən — müəyyən edilir. Yeni liderlər isə aşağıdakı kimidir:
- Dani Carvajal – 33 yaş, əsas kapitan
- Federico Valverde – 26 yaş, ikinci kapitan
- Thibaut Courtois – 33 yaş, üçüncü kapitan
- ViniciusJúnior – 25 yaş, dördüncü kapitan
Qeyd edək ki, ötən mövsüm bu siyahıda yer alan Luka Modrić və Lucas Vázquez Iglesias klubdan ayrıldıqları üçün bu il heyətdə yer almayıblar.