“Real Madrid”in müdafiəçisi Dean Huijsen zədələndi
Bakı, 16 oktyabr, Tsport.az
“Real Madrid”in müdafiəçisi Dean Huijsen zədələnib.
Tsport.az xəbər verir ki, 20 yaşlı futbolçu La Liqanın 8-ci turunda “Villarreal” ilə matçda sol ayağından xəsarət alıb və növbəti turda “Getafe” qarşısında forma geyinməyəcək.
Bu mövsüm gənc oyunçu “kral klubu”nun heyətində 14 oyunda meydana çıxıb.