“Real Madrid”in şans vermədiyi qapıçısı klubdan ayrıla bilər
Bakı, 13 oktyabr, Tsport.az
“Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “Inter” başda olmaqla bir neçə A Seriya klubu 26 yaşlı qolkiperlə maraqlanır.
2018-ci ildə “Real”a keçən Lunin cari mövsümdə əsas heyətdə özünə yer tapmaqda çətinlik çəkir.