Dünya Futbolu

“Real Madrid”ə müjdəli xəbər

Bakı, 25 aprel, Tsport.az

İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Ferland Mendy zədəsini tam bərpa edib və məşqlərə qayıdıb.

Tsport.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu sabah Copa del Rey finalında “Barcelona”ya qarşı keçiriləcək matçda start heyətində meydana çıxacaq.

29 yaşlı sol cinah oyunçusu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Atlético Madrid ilə cavab oyununda zədələnmişdi. Lakin son iki məşqdə tam iştirak edən Mendy üçün heç bir risk qalmayıb və baş məşqçi Carlo Ancelotti onun əsas heyətdə başlamasına qərar verib.

“El Clasico”nun final mübarizəsində Mendy-nin iştirakı Los Blancos üçün böyük üstünlük sayılır.