Dünya Futbolu

“Real” oyunçularını böyük mükafatla sevindirib

Bakı, 27 mart, Tsport.az

“Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 finalına yüksəldiyi üçün futbolçularına yüksək məbləğdə mükafat ayırıb.

Tsport.az xəbər verir ki, klub “Atletico”nu turnirdən kənarlaşdırdığı üçün hər bir oyunçuya 250 min avro ödəyəcək.

Carlo Ancelottinin rəhbərlik etdiyi komanda növbəti mərhələdə “Arsenal”la qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab görüşü isə bir həftə sonra keçiriləcək.