Dünya Futbolu

“Real Sociedad” Serxio Franciscoya son şans verib

Bakı, 7 oktyabr, Tsport.az

İspaniyanın “Real Sociedad” klubu baş məşqçisi Serxio Franciscoya üç oyunluq möhlət verib.

Tsport.az xəbər verir ki, qarşıdakı üç matç 46 yaşlı mütəxəssisin komandadakı gələcəyi üçün həlledici rol oynayacaq.

LaLiga təmsilçisi həmin görüşlərdə uğursuz nəticə əldə edəcəyi halda, Serxio Francisco ilə yolların ayrılacağı gözlənilir.

Xatırladaq ki, ispan mütəxəssis bu vəzifəyə iyul ayında gətirilib. “Real Sociedad” hazırda 8 turdan sonra 5 xalla LaLiga cədvəlində 19-cu pillədə qərarlaşıb.