-->
Dünya Futbolu

“Real Sociedad” üçün kabus gecə

Bakı, 3 mart, Tsport.az

İspaniya La Liqasının XXVI turunda “Real Sociedad” klubu “Barcelona” ilə səfər oyununda ağır məğlubiyyətə uğrayıb.

Tsport.az xəbər verir ki, Bask təmsilçisi rəqibinə 0:4 hesabı ilə uduzaraq uğursuz göstəricilərlə yadda qalıb.

“Real Sociedad” 90 dəqiqə ərzində rəqib qapısı qarşısında heç bir real qol şansı yarada bilməyib. Komandanın futbolçusu Arits Elustondo oyunun 17-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən qonaqlar matçın böyük hissəsini azlıqda keçirməli olub.

Statistikaya əsasən, Bask klubu görüş ərzində cəmi 24 faiz topa sahib olub və hücumda tamamilə effektiz çıxış edib.

Qeyd edək ki, bu qələbə sayəsində “Barcelona” xallarını 57-yə yüksəldərək turnir cədvəlinin zirvəsinə qalxıb. “Real Sociedad” isə 34 xalla 9-cu pillədə yer alır.