“Real” UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib
Bakı, 13 mart, Tsport.az
İspaniyanın “Real” komandası UEFA Çempionlar Liqasında yeni bir rekord müəyyən edib.
Tsport.az xəbər verir ki, “Kral klubu” bu nailiyyətə “Atletico”ya qarşı keçirdikləri 1/8 final mərhələsinin cavab oyununda imza atıb.
Madrid təmsilçisi, qitənin ən prestijli klub turnirində penaltilər seriyasında indiyədək dörd qalibiyyət əldə edən yeganə komandadır. Çempionlar Liqası və əvvəlki adı ilə Avropa Çempionlar Kuboku tarixində heç bir klub bu uğura nail olmayıb.
Matçda “Real”, əsas vaxtda 0:1 hesabı ilə “Atletico”ya uduzsa da, penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.