Dünya Futbolu

“Real” və “Barcelona” bu futbolçu üçün mübarizə aparır

Bakı, 17 may, Tsport.az

İspaniyanın iki nəhəngi — “Real Madrid” və “Barcelona”, İngiltərə təmsilçisi Crystal Palace-da çıxış edən müdafiəçi Marc Guehini transfer siyahılarına daxil ediblər.

Tsport.az xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçi, daha yüksək səviyyəli klubda oynamaq istədiyi üçün müqaviləsinin vaxtından əvvəl ləğvinə hazırdır. Lakin futbolçunun “Real”a keçmək istəyi daha qabarıq görünür.

İddialara əsasən, Guehini transfer etmək istəyən klub 50 milyon funt-sterlinq ödəməlidir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm bütün turnirlərdə 43 oyunda meydana çıxıb.