Dünya Futbolu

”Real”ın baş məşqçisi məhkəmə qarşısına çıxacaq

Bakı, 28 mart, Tsport.az

“Real Madrid”in baş məşqçisi Carlo Ancelotti vergi öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəmə qarşısına çıxacaq.

Tsport.az xəbər verir ki, italiyalı mütəxəssis 2014 və 2015-ci illərdə yalnız klubdan aldığı maaş üçün vergi ödəyib, lakin əlavə gəlir mənbələrinə görə vergi verməkdən yayınıb. Bu səbəbdən Ancelottinin ümumi vergi borcunun 1 milyon 62 min avro olduğu bildirilir.

İttihama əsasən, 64 yaşlı məşqçi 4 il 9 aya qədər həbs cəzası ala bilər. O, aprelin 2-də Madrid məhkəməsində ifadə verəcək.

Xatırladaq ki, Ancelotti 2021-ci ildən “Real Madrid”i çalışdırır. O, 2013-2015-ci illərdə də Madrid klubunun baş məşqçisi olub.