“Real”ın kapitanı: “Bu nəticəni özümüz hazırladıq, başqa bəhanə yoxdur”
Bakı, 28 sentyabr, Tsport.az
Madrid derbisində 2:5 hesablı məğlubiyyət “Real”ın kapitanı Dani Carvajalı ciddi şəkildə məyus edib.
Tsport.az xəbər verir ki, İspaniyalı müdafiəçi oyundan sonra “Marca”ya açıqlamasında komandanın səhvlərini gizlətməyib:
“Bu nəticəni özümüz hazırladıq, başqa bəhanə yoxdur. Heç bir təsəlli indiki vəziyyəti dəyişə bilməz. Sabahdan etibarən məşqlərdə daha çox işləməli, buradan nəticə çıxarmalıyıq. Bu məğlubiyyət bizə ağır zərbədir, amma eyni zamanda vacib bir dərs də ola bilər.”
La Liqada 18 xalla hələ də liderliyini qoruyan “Real Madrid” yaxın izləyicilərindən az fərqlə öndədir. 12 xalı olan “Atletico” dördüncü pilləyə yüksəlib, “Barcelona” isə 16 xalla bu gün “Real Sociedad” üzərində qələbə qazanacağı təqdirdə Madrid klubunu keçə bilər.