Renat Dadaşov ilk oyununa çıxdı
Bakı, 21 iyul , Tsport.az
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşa klubu “Motor Lublin“də debüt edib. Yeni mövsümün ilk turunda Ekstraklasa təmsilçisi öz meydanında “Arka Gdynia” klubunu 1:0 hesabı ilə məğlub edib.
Tsport.az xəbər verir ki, Dadaşov ikinci hissədə – 46-cı dəqiqədə oyuna qoşulub. Hesab həmin anda bərabərlik olduğu üçün onun çıxışı komandanın ritmini dəyişməyə yardımçı olub. Qarşılaşmada yeganə qolu 50-ci dəqiqədə Jack Ndiaye vurub. Hücumçumuz isə 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, Renat Dadaşov ötən mövsümün ikinci yarısını Polşanın “Radomiak Radom” klubunda keçirmişdi. O, yeni komandası Motor Lublin ilə 1 illik müqaviləyə imza atıb və artıq ilk oyunundan etibarən klubun əsas heyətinə daxil olub.