Dünya Futbolu

Renato Veiga “Villarreal”da!

Bakı, 22 avqust, Tsport.az

İspaniya La Liqası təmsilçisi “Villarreal” İngiltərənin “Chelsea” klubunun müdafiəçisi Renato Veiganı transfer edib.

Tsport.az xəbər verir ki, bu barədə “sarı sualtı qayıqlar”ın mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı futbolçu ilə 2032-ci ilə qədər uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, Veiga ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliya nəhəngi **“Juventus”**da keçirib. O, bütün turnirlərdə 33 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.