Dünya Futbolu

Rey Manaja Alman nəhəngindən təklif gəlib

Bakı, 8 aprel, Tsport.az

Süper Liqada arzuladığı mövsümü keçirə bilməyən, “Sivasspor”da göstərdiyi performansla diqqət çəkən Rey Manaja Almaniyanın böyük klubundan təklif gəlib.

Tsport.az xəbər verir ki, bu haqqda Transfermarkt məlumat yayıb.

Sivasspor 2023-2024 mövsümünün əvvəlində bonservissiz olaraq heyətinə qatdığı Rey Manaj, menecer vasitəsilə Bundesliqanın “Borussia Mönchengladbach” klubuna təklif edilib. Alman klubunun bu təklifi necə dəyərləndirəcəyi isə məlum deyil. Həmçinin, 28 yaşındakı futbolçunun 4 milyon avro sərbəst qalma dəyəri olduğu deyilir.

“Sivasspor”da 58 rəsmi oyuna çıxan Rey Manaj, bu qarşılaşmalarda 32 qol və 8 asistlə əhəmiyyətli bir təsir göstərib.